Mirça Luçeskunun gəlişindən sonra da Türkiyə millisinin işləri yolunda getmədi. DÇ-2018-dən kənar qalan "ay-ulduzlular" UEFA Millətlər Liqasına da yaxşı start verməyib.

Offsideplus.az xəbər verir ki, 3 oyuna 4 xal toplayan yığmada Luçeksunun gələcəyi böyük sual altındadır. 73 yaşlı rumıniyalı mütəxəssislə bağlı qərar Millətlər Liqasından sonra veriləcək. Digər məlumata görə isə 2019-cu ilin mayında Türkiyə Futbol Federasiyasında yeni prezident seçkiləri reallaşacaq. Yeni federasiya rəhbərliyi isə təzminatı 2,5 milyon avro olan Luçeskunu vəzifəsindən uzaqlaşdıracaq və AVRO-2020 üçün yeni çalışdırıcı ilə yola davam edəcək.

Millinin "sükanı arxası"na isə Beşiktaş-ın baş məşqçisi Şenol Günəşin və ya son olaraq, Fenerbahçe-da çalışmış Aykut Kocamanın keçəcəyi iddia edilir.

Qeyd edək ki, Luçesku ötən il Fatih Terimin əvəzinə Türkiyə millisinin baş məşqçisi təyin edilmişdi. (Sportal.az)