"Qalatasaray" "Milan"ın ulduzunu heyətinə cəlb edir.

Offsideplus.az xəbər verir ki, İstanbul nəhəngi Alvaro Moratanı "rəngləri"nə bağlamağı planlaşdırır. Bu barədə "Relevo" məlumat yayıb.

"Cim-Bom" Moratanın transferi üçün İtaliya klubu ilə danışıqlara başlayıb.

"Sarı-qırmızılar" ispaniyalı oyunçunun keçidinə çox yaxındır.

Qeyd edək ki, 32 yaşlı hücumçu 2024/25 mövsümündə "rossonerilər"in forması ilə meydana çıxdığı 25 oyunda 6 qola və 2 məhsuldar ötürməyə imza atıb.