"Qalatasaray" transfer axtarışlarını Fransada davam etdirir.
Offsideplus.az xəbər verir ki, "aslanlar" "Monako"nun oyunçusunu transfer etmək istəyir. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Breel Embolonun xidmətində maraqlı tərəfdir. Lakin futbolçu "sarı-qırmızılar" ilə yanaşı İngiltərə, İtaliya və Səudiyyə Ərəbistanından da bəzi klubların transfer hədəfindədir.
Qeyd edək ki, Embolo 2024/25 mövsümündə "Monako" forması ilə 16 oyuna çıxıb və 4 qola, 2 məhsuldar ötürməyə imza atıb.