"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatacaq olan Fernando Musleraya komandada qalması üçün yeni təklif irəli sürüb.

Offsideplus.az xəbər verir ki, uruqvaylı qapıçı "sarı-qırmızılar"ın təklifindən imtina edib. Bu barədə "TRT Spor" məlumat yayıb.

Muslera klub rəhbərliyinə "Cim-Bom"dan ayrılaraq ölkəsinə dönmək istədiyini bildirib.

Qeyd edək ki, təcrübəli qolkiper İstanbul nəhənginin heyətində 531 oyuna çıxıb və 1 qola da imza atıb.