Mauro İkardinin 2024/25 mövsümünün ikinci yarısında yaşıl meydanlara dönə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Offsideplus.az xəbər verir ki, "Qalatasaray" klubunun həkimi Yener İnce argentinalının vəziyyəti və dönüş tarixi ilə bağlı danışıb.
"İkardinin sağ diz ön çarpaz bağları qopmuşdu. Bu zədəni alan hər bir oyunçu kimi müalicə alır və proses davam edir. Futbola qayıdışı inşallah gələn mövsüm ola bilər".
Qeyd edək ki, Mauro Avropa Liqasının Liqa mərhələsi çərçivəsində "Tottenhem"ə qarşı baş tutan oyunda zədələnmişdi.