5 klub "Qalatasaray"ın ulduzu ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, La Liqadan "Real Betis", "Vilyareal", "Real Sosyedad" Seriya A-dan isə "Yuventus" və "Milan" Mauro İkardinin xidmətində maraqlıdır. Bu barədə "Fichajes" məlumat yayıb.
Komandalar üçün əsas əngəl kimi futbolçunun maaşı durur. Argentinalının 10 milyon avro civarında əməkhaqqı alıdığı iddia edlilir.
Qeyd edək ki, çarpaz bağları qopduğu üçün əməliyyat edilən İkardinin mövsümü başa vurduğu ehtimal edilir. Zədədən öncə 2024/25 mövsümündə "sarı-qırmızı" forma ilə 14 oyunda meydana çıxan Mauro 6 qola və 2 məhsuldar ötürməyə imza atıb.