Markus Reşford karyerasını Türkiyədə davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, ingiltərəli futbolçu ilə "Fənərbağça" yaxından maraqlanır.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim tərəfindən istənməyən futbolçu özünə yeni komanda axtarışındadır. "Takvim" nəşrinin məlumatına görə, Türkiyə klubunun rəsmiləri artıq vingerlə danışıqlara başlayıblar.

Qeyd edək ki, Reşford İngiltərə klubundan ayrılmaq və yeni macəraya başlamaq istədiyini bildirmişdi.