Nikola Zalevskiy karyerasını Türkiyədə davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, polşalı müdafiəçi "Fənərbağça"ya təklif olunub.

"Roma" mövsümün sonu müqaviləsi bitəcək futbolçunu indidən sataraq gəlir əldə etmək istəyir. Mourinyonun işlədiyi dönəmdə "canavarlar"da çıxış edən 22 yaşlı oyunçunu cari "futbol ili"nin əvvəlində "Qalatasaray" da transfer etmək istəyirdi.

Qeyd edək ki, Nikola Zalevskiy bu mövsüm "Roma"nın heyətində 15 matçda 2 məhsuldar ötürmə edib.