Daha bir türk futbolçu karyerasını Avropada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, söhbət "Adana Demirspor"un üzvü Deniz Dönmezerden gedir.
16 yaşlı futbolçu ilə "Mançester Siti", "Mançester Yunayted", "Arsenal", "Yuventus", "İnter" maraqlanır.
Qeyd edək ki, Denizin Türkiyə klubu ilə 2026-cı ilin iyununa qədər müqaviləsi var. "Adana Demirspor" oyunçunu ən azı 5 milyon avroya satmağı planlaşdırır.