"Qalatasaray" qış "transfer pəncərəsi"ndə heyətini gücləndirmək istəyir.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"in üzvü ilə maraqlanır. Söhbət Viktor Lindelöfdən gedir.

İsveçli futbolçu da Türkiyədə çıxış etmək niyyətindədir. 

Qeyd edək ki, müdafiəçinin "Mançester Yunayted"lə müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq.