Türkiyə Futbol Federasiyası "Fənərbağça" ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, TFF "sarı-lacivərtlilər"in Ziraat Türkiyə Kubokuna qatılmayacağını qeyd edib:
"Fənərbağça" 29 noyabr 2024-cü il tarixində Türkiyə Futbol Federasiyasına ünvanladığı yazıda "2024/25 futbol mövsümündə oynanılacaq Ziraat Türkiyə Kubokuna qatılmayacağımızı bildiririk" ifadələrini işlətmişdir. TFF-nin müvafiq şöbələri sözügedən bildirişlə bağlı lazımi qiymətləndirmələri edəcək".