"Fənərbağça" "Liverpul"un sabiq ulduzunu heyətinə cəlb etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" Roberto Firminonu "rəngləri"nə bağlamaq niyyətindədir. Bu barədə "Fichajes" məlumat yayıb.

"Əl-Əhli"də çıxış edən braziliyalının da təkrar rəqabət apara biləcəyi komandaya getməyi düşündüyü qeyd olunub.

Firmino 2024/25 mövsümündə Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində oynadığı 18 matçda 5 qola, 1 məhsuldar ötürməyə imza atıb.