"Qalatasaray"ın Türkiyə Super Liqasının XIV turu çərçivəsində "Eyüpspor"la oyunda zədələnən futbolçusu Abdülkərim Bardakcının vəziyyətinin nə yerdə olduğu açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı İstanbul təmsilçisinin rəsmi saytı yayıb.

30 yaşlı müdafiəçinin sol topuğunun burxulduğu və həmin nahiyəyə maye yığıldığı bildirilib.

Xatırladaq ki, "Qalatasaray" - "Eyüpspor" qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.