Okan Buruk Avropa Liqasının Liqa mərhələsi çərçivəsində AZ Alkmaar ilə baş tutacaq oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis Hakim Ziyeşin ayrılma ehtimalı barəsində danışıb:

"Ziyeşin bizdə oynama sayı var. Ötən mövsüm də belə idi. Həmin sayı doldursa, 1 il daha davam edir. Keçən il bizim üçün çempionluqda önəmli rolu oldu. O, yaxşı performans göstərdiyi, komanda içində olduğu müddətdə təbii ki, heç kim Ziyeş kimi bir oyunçunu buraxmaq istəməz".