"Yuventus"un futbolçusu Pol Poqba karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

Mənbəyə görə, fransalı yarımmüdafiəçi "Qalatasaray"ın diqqət mərkəzindədir. Keçidin baş tutma ehtimalının böyük olduğu bildirilir. 

Dopinqə görə diskvalifikasiya olunan ulduz futbolçunun cəzası 4 ildən 1,5 ilə azaldılıb. Bu, o deməkdir ki, Poqba gələn ilin mart ayında rəsmi matçlarda oynamaq hüququna sahib olacaq.