İngiltərə nəhəngi "Qalatasaray"ın ulduzunu heyətinə cəlb etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" Yunus Akgünün xidmətində maraqlıdır. Bu barədə "Fichajes" məlumat yayıb.

Oyunçunun sürət, top kontrolu, meydanı "görmək" kimi bacarıqlarına görə, Premyer Liqa klubunun sisteminə uyğun olduğu qeyd olunub.

Xatırladaq ki, Yunus 2024/25 mövsümündə "sarı-qırmızı" forma ilə 15 matçda oyuna çıxıb və 6 qola, 1 məhsuldar ötürməyə imza atıb.