"İnter"in futbolçusu Marko Arnautoviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

Mənbəyə görə, avstriyalı hücumçu "Qalatasaray"ın maraq dairəsindədir. Okan Buruk rəhbərlikdən təcrübəli oyunçunun kluba keçidini təkidlə istəyib. 

Forvard milli komandası olan Avstriyada məhsuldarlığı ilə seçilir. O, 120 rəsmi matçda 39 qol vurub.