"Qalatasaray"ın futbolçusu Kerem Demirbay komandanı tərk etmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Takvim" yayıb.
Mənbəyə görə, Qabriel Saranın klubal cəlb edilməsindən sonra əsas heyətə düşə bilməyən təcrübəli yarımmüdafiəçi çıxış yolunu getməkdə görür. Demirbayın yenidən Almaniyaya qayıda biləcəyi bildirilib.
Qeyd edək ki, sözügedən oyunçnun "Qalatasaray"la müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununda başa çatacaq.