"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi "Antalyaspor" üzərində qalibiyyətdən (3:0) sonra açıqlama verib.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, forvard bunları söyləyib:
"Səfər matçından qələbə ilə qayıtmaq vacib idi. Yolumuza qələbə ilə davam etmək istəyirdik. Komandama qollarda kömək etdiyim üçün xoşbəxtəm. Bu gün baş məşqçimizin ad günü idi, onu da təbrik edirəm".
Qeyd edək ki, Mauronun İstanbul klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.