Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində "Trabzonspor" evdə "Başakşehir"i qəbul edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın əhəmiyyəti Şenol Güneş üçün önəmli olub. Belə ki, "Trabzonspor"un çalışdırıcısı karyerasının 1000-ci matçına çıxıb. O, bu naliyyətə imza atan ilk baş məşqçi olaraq Türkiyə futbol tarixinə adını yazdırıb.