"Beşiktaş"ın ulduzu zədələnib.

Offsideplus.az xəbər verir ki, Milot Raşitsa Kosova millisinin heyətində Kiprə qarşı oyunda zədə alıb.

Futbolçunun ayağının yuxarı daxili əzələsində gərginlik və ödəm aşkar edilib. Oyunçunun müalicəsinə başlanılıb.

Qeyd edək ki, "ağ-qaralar" oktyabrın 20-si Türkiyə Super Liqasında "Konyaspor"la, bundan 4 gün sonra isə Avropa Liqasında "Lion"la qarşılaşacaq.