"Qalatasaray" "Mançester Yunayted"in futbolçusunu heyətinə cəlb etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" Kazemironun xidmətində maraqlıdır. Məlumatı "Fotomaç" yayıb.

"Aslanlar" qış "transfer pəncərəsi"ndə braziliyalının keçidini həll etməyə çalışacaq. Mövsümün əvvəlində İstanbul təmsilçisinin təklifini geri çevirən oyunçunun klubunda davamlı oynamadığı üçün bu dəfə müsbət cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, Kazemironun komandası ilə 2026-cı ilə qədər müqaviləsi var.