Joze Mourinyo "Fənərbağça" rəhbərliyindən bir futbolçunun transfer edilməsini istəyib.

Offsideplus.az xəbər verir ki, söhbət Arda Gülərdən gedir. Məlumatı "Dario AS" nəşri yayıb.

Portuqaliyalı mütəxəssis mövsümün ikinci yarısı türk ulduzun icarə əsasında komandasında görmək istəyir. 

Nəşr yazır ki, İstanbul klubunun idman direktoru Mario Branko artıq 19 yaşlı futbolçu ilə bağlı Madrid təmsilçisi ilə danışıqlara başlayıb. Hətta transfer söhbətlərinə  prezidenti Ali Koç da qoşula bilər.