Super Liqa klubunda yeni baş məşqçi təyin olunub.

Offsideplus.az xəbər verir ki, "Kayserispor" Sinan Kaloğlu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kaloğlu ötən mövsüm "Gənclərbirliyi"ndə çalışıb.

Qeyd edək ki, bir müddət öncə komandanın sabiq baş məşqçisi Burak Yılmaz istefa vermişdi.