Premyer Liqa klubunun skautları derbidə Barış Alper Yılmazı izləyib.
Offsideplus.az xəbər verir ki, "Nottinqam Forest"in agentləri 24 yaşlı ulduzun çıxışına diqqət yetiriblər. Bu barədə "Caught Offside" məlumat yayıb.
İnformasiyada ingilislərin qış "transfer pəncərəsi" üçün mövsümün digər matçlarında da futbolçunu performansını dəyərləndirəcəkləri bildirilib.
Qeyd edək ki, Barış bu mövsüm "Qalatasaray" forması ilə meydana çıxdığı 6 görüşdə 4 qola və 1 məhsuldar ötürməyə imza atıb.