"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo futbolçularına "Qalatasaray" derbisini unudub, diqqətlərini "Kasımpaşa" ilə qarşılaşmaya yönəltmələri barədə xəbərdarlıq edib.

Offsideplus.az xəbər verir ki, prtuqaliyalı mütəxəssis derbilərin əhəmiyyətini qəbul etsə də, çempionluq yarışında hər oyunun xüsusi dəyərə malik olduğunu vurğulayıb. 

"Ancaq Kasımpaşa matçında qalib gələ bilməsək, derbidən qazandığımız üç xal sadəcə psixoloji üstünlük təmin edəcək. İlk növbədə bütün diqqətimizi Kasımpaşa matçına yönəltməliyik," deyə Mourinyo futbolçularına tam konsentrasiya tələb edib.