Hamidu Keyta "Qarabağ"dan ayrıldı.
Offsideplus.az xəbər verir ki, oyunçu karyerasını "Konyaspor"da davam etdirəcək. Fransalı bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib.
Vinger "Konyaspor" forması ilə şəklini "Let's go" (Getdik) başlığı ilə izləyiciləriylə paylaşıb. Postda "Qarabağ"dakı komanda yoldaşları və oyunçunun dostları müxtəlif rəylər yazıblar.
Paylaşıma reaksiya verənlərdən biri də "Real"ın üzvü Ferlan Mendidir. Dünya ulduzu Keytanın şəklinə "Baledjj(Balam)", - deyə rəy yazıb.