"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo komandadan ayrılmaq istəməyən Rayan Kentə istəyini açıq şəkildə bildirib.
Offsideplus.az xəbər verir ki, çalışdırıcı Kentə "Səni heyətdə görmürəm, gəncsən, get başqa yerdə oyna, karyeranı düşün!" deyərək, komandadan ayrılmağı məsləhət görüb. Lakin Kent bu tövsiyəni rədd edərək, komandada qalmaqda israrlıdır.
Ötən mövsüm "Latsio"ya yox deyən Kent, bu mövsüm də gözləntiləri doğrultmadı və Mourinyonun planlarına daxil olunmayıb.