"Fənərbağça"dan ayrılaraq "Alanyaspor"a keçən Serdar Dursun karyerası ilə bağlı önəmli açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, futbolçu təcrübəli çalışdırıcı Xorxe Jesusla bağlı bunları söyləyib:
"Həmin məşqçi Türkiyəyə niyə gəldi? Kaş ki, heç bu ölkəyə gəlməsəydi. O, olmasaydı, həyatım başqa cür olardı. İkinci dövrədə asanlıqla 20 qol vurardım. Milli komandada oynayardım. Təəssüf ki, mən də səhvlər etdim. İndi məqsədim yenidən millidə olnamaqdır."