"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Hakim Ziyeşi ehtiyatda saxlayaraq, Kerem Aktürkoğlu və Barış Alper Yılmaza güvənib.
Offsideplus.az xəbər verir ki, bu qərar "Adana Dəmirspor" matçında özünü doğruldub. Kərəmin ötürməsi ilə Barış Alperin vurduğu qol onların arasındakı soyuqluğa son qoyub. Uzun müddətdir münasibətləri yaxşı olmayan futbolçular bu qola birgə seviniblər və sosial şəbəkədə bir-birlərinin paylaşımlarını bəyəniblər.
Bu hadisə "sarı-qırmızılı" azarkeşlər arasında böyük sevincə səbəb olub. Mövsümün əvvəlindən bəri ikilinin barışmasını gözləyən fanatların arzusu nəhayət gerçəkləşib.