"Fənərbağça" həm təcrübəli oyunçularını göndərməkdə, həm də gənc istedadlarını saxlamaqda çətinlik çəkir.
Offsideplus.az xəbər verir ki, Arda Gülər və Ferdi Kadıoğludan sonra ayrılmaq istəyən növbəti futbolçu Ceyden Oostervolde olub. 23 yaşlı müdafiəçi üçün Premyer Liqadan təkliflər gəlib. Komandanı tərk etməyə meyilli olan Oostervolde Joze Mourinyonun "Sənə ehtiyacım var" sözlərindən sonra qərarını dəyişib.
"Fənərbağça" rəhbərliyi isə mövsümün sonunda İngiltərədən rəsmi təklif gələcəyi təqdirdə, ayrılığa razılıq verəcəyini bildirib.