"Ankaragücü" - "İstanbulspor" (2:1) oyununda qələbə qolu müəllifi Efkan Bekiroğlu və Renat Dadaşovun "Ankaragücü" azarkeşlərinə əl hərəkəti gündəm olub.
Offsideplus.az xəbər verir ki, klubdan ayrılması gözlənilən Efkan azarkeş tribunasına "çox danışmayın", mənasını verən jest edib. Renat da qol sevincini bölüşdüyü komanda yoldaşına qoşularaq, tribunaya susmaq hərəkəti göstərib.
Bu hadisə "Ankaragücü" azarkeşlərini coşdurub və sosial şəbəkə səhifələrində sərt tənqid olunub.