Super Liqanın 4-cü həftəsində "Qalatasaray" "Adana Dəmirspor"la qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Mauro İkardi yuxarı sağ arxa əzələsindən aldığı zədə səbəbindən matçda çıxışını davam etdirə bilməyib. 

Klubdan verilən açıqlamaya görə, İkardinin müalicə prosesi 3-6 həftə davam edəcək. Ulduz futbolçu bu müddətdə “Rizəspor”, “Fənərbağça” və PAOK-la görüşləri buraxa bilər.