"Trabzonspor" Portuqaliyada forma geyinən türkiyəli futbolçunu heyətinə cəlb etmək istəyir.
Offsideplus.az xəbər verir ki, Qara dəniz təmsilçisi "Braqa"da çıxış edən Serdar Saatçı ilə yaxından maraqlanır.
Türkiyədə daha öncə "Beşiktaş"da da oynamış 21 yaşlı müdafiəçi Portuqaliya klubu ilə çıxdığı 34 matçda 2 məhsuldar ötürməyə imza atıb.