"Başakşehir" "Fənərbağça"nın futbolçusunu heyətinə cəlb edib.

Offsideplus.az xəbər verir ki, Migel Krespo İstanbul komandasına transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Başakşehir" Krespo ilə 3 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi 2021-22 mövsümündən "Fənərbağça"nın formasını geyinirdi.