Kerem Aktürkoğlu karyerasını Rusiyada davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, "Spartak" (Moskva) transfer məsələsində "aslanlar"la razılığa gəlib. Məlumatı "Fanatik" nəşri yayıb. 

Futbolçu 4 illik müqaviləyə qol çəkəcək və ilinə 3 milyon avro qazanacaq. Ruslar Keremin keçidi üçün İstanbul nəhənginə 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, 2023/24 mövsümündə 54 oyunda meydana çıxan Aktürkoğlu 15 qola, 9 məhsuldar ötürməyə imza atıb.