Fransanın "Lill" klubu ilə müqaviləsini yeniləməyərək azad agentə çevrilən Yusuf Yazıcının adı son dövrlərdə "Qalatasaray"la tez-tez hallanırdı.

Offsideplus.az xəbər verir ki, Türkiyə millisinin futbolçusu "Qalatasaray"a şərtli olaraq "hə" deyib. 

Yusuf Yazıcının əsas məqsədinin karyerasını Avropanın yüksək liqalarından birində davam etdirmək olduğu bildirilir. Böyük liqalarda transfer dövrü avqustun 30-da başa çatır və Yazıcı "Qalatasaray"la anlaşa bilməzsə, 27 yaşlı futbolçunun digər klublarla 3 illik müqavilə imzalayacağı ehtimal olunur.