"Qalatasaray" yeni mövsüm üçün transfer axtarışlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, məlumatı İtaliya mətbuatı yayıb. İstanbul nəhəngi "Napoli"də çıxış edən "Mario Rui üçün hərəkətə keçib. Sol cinah müdafiəçisi ilə "Real Valyadolid" də yaxından maraqlanır. Lakin 33 yaşlı futbolçu İspaniya klubuna keçmək niyyətində deyil.

Qeyd edək ki, ötən mövsüm "Napoli"nin heyətində 28 rəsmi oyuna çıxan Mario Rui bu matçlarda 2 məhsuldar ötürmə edib.