"Beşiktaş" Super Liqanın ilk həftəsində "Samsunspor"la üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, gərgin keçən qarşılaşmada “ağ-qaralar”ın ikinci qolunu vuran Qabriel Paulista fasilədən sonra oyunu davam etdirə bilməyib.
İlk hissədə aldığı zərbədən sonra biləyindən zədələnən 33 yaşlı müdafiəçi Necip Uysalla əvəzlənib.
Qeyd edək ki, qarşılaşma “Beşiktaş"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.