Keçən mövsümü "Hatayspor" klubunun baş məşqçisi kimi başa vuran Volkan Demirelin yeni fəaliyyət sahəsi məlum olub.
Offsideplus.az xəbər verir ki, keçmiş futbolçu bundan sonra futbol şərhçisi kimi çalışacaq. O, Ersin Düzenin təqdim etdiyi "TV 100" kanalında yayımlanan proqramda fəaliyyət göstərəcək.
Qeyd edək ki, həmin verilişdə Tümer Metin və Ümit Karan da yer alacaq.