Ferdi Kadıoğlu karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, “Fənərbağça”nın üzvü ilə “Brayton” yaxından maraqlanır. İngilislər türkiyəli üçün İstanbul təmsilçisi ilə danışıqlara başlayıb. Məlumatı “SKY Sport” yayıb. İddiaya görə, Premyer Liqa klubu transfer üçün 35 milyon avro təklif edir.

Qeyd edək ki, oyunçu 2023/24 mövsümündə 51 matçda forma geyinən Kadıoğlu 3 qol vurub, 5 məhsuldar ötürmə edib.