Kərəm Aktürkoğlunun Moskva "Spartak" klubundan istədiyi məbləğ müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, “Qalatasaray” Kərəm Aktürkoğlu və Derrik Köhn üçün Moskva "Spartak"ından gələn 20+2 milyon avro dəyərində təklifi qəbul edib. Lakin Aktürkoğlu təklif edilən 2,2 milyon avro maaşı kifayət qədər yüksək hesab etməyib və bu məbləğin 3,5 milyon avroya qaldırılmasını istəyib.

Derrik Köhn isə Rusiya-Ukrayna müharibəsi səbəbindən hələlik bu təkliflə bağlı qərar verməyib.