Renat Dadaşov "Qrashopper" klubundan rəsmən ayrılıb.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Türkiyənin 2-ci Liqa klubu "Ankaragücü"nə transfer olunub. 

Qeyd edək ki, 25 yaşlı forvard 2020-ci ildə "Qrashopper"ə icarə əsasında keçid etmiş, daha sonra isə birbaşa transfer olunmuşdu. Oyunçu ötən mövsümü "Hatayspor" klubunda icarədə keçirib.