Joze Mourinyo hazırda "Mançester Siti" formasını geyinən Mateo Kovaçiçi "Real Madrid"də görmək istəyir.

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça" xorvatiyalı futbolçunu icarə əsasında heyətinə qata bilər. Klub 30 yaşlı yarımmüdafiəçinin keçidi üçün hərəkətə keçməyə hazırlaşır. 

Qeyd edək ki, Kovaçiç ötən mövsüm "şəhərlilər"in heyətində 46 oyuna çıxıb, 3 qol və 1 assistə imza atıb.

Kovaçiç daha öncə "Real Madrid", "Çelsi" kimi klubların formasını geyinib.