"Qalatasaray"ın futbolçusu Kərəm Aktürkoğlu karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, onunla "Roma" maraqlanır.
A Seriyası klubu türk oyunçuya görə 10 milyon avrosundan keçməyə hazırdır. Onun "cim-bom"la 2026-cı ilin yayına qədər müqaviləsi var.
Qeyd olunur ki, futbolçunun "Qalatasaray"da qalması real görünmür.
Xatırladaq ki, daha əvvəl "Lill" və "Real Sosyedad" yarımmüdafiəçiyə "elçi" düşmüşdü.