"Roma" "Sevilya"nın futbolçusu Yusif Ən Nəsirini transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, tərəflər arasında danışıqlar başlayıb.
Xatırladaq ki, 27 yaşlı mərakeşli futbolçunun transferində "Fənərbağça" da maraqlıdır. Super Liqa təmsilçisi Ən Nəsiri üçün 16 milyon avro ödəməyə hazır olduğunu bəyan edib.
Hücumçu geridə qalan mövsümdə 41 oyunda 20 qol və 3 assistlə yadda qalıb.