AÇ-2024-ün 1/4 finalında Niderlanda məğlub olaraq, mübarizəni dayandıran Türkiyə millisinin bəzi futbolçularının transfer dəyəri artıb.

Offsideplus.az xəbər verir ki, Ferdi Kadıoğlu, Arda Gülər, Barış Alper Yılmaz, Mert Müldür və Merih Demiralın toplam qiyməti 155 milyon avronu keçib.

Turnirdə 1 qol və 2 assistlə yadda qalan Arda Gülərin dəyəri 55 milyon avro olub.

"Borussiya" (Dortmund) və "Arsenal"ın maraqlandığı Ferdi Kadıoğlu üçün "Fənərbağça" klubu 40 milyondan az məbləğ qəbul etməyəcək.

Bundan əlavə, Barış Alper Yılmaza 25 milyon, Mert Müldürə 15 milyon, Merih Demirala isə 20 milyon avro qiymət qoyulub.