"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, onun xidmətində "Liverpul" maraqlıdır.
Premyer Liqa təmsilçisi Türkiyə millisi ilə Avropa Çempionatında baxımlı oyun sərgiləyən futbolçunu transfer siyahısına daxil edib.
24 yaşlı futbolçunun "Qalatasaray"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Barış Türkiyə ilə qitə turnirində 5 matçda meydana çıxıb.