“Trabzonspor” Super Liqanın 2024/25 mövsümü üçün iddialı heyət formalaşdırmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, “transfer pəncərəsi” açılan kimi “bordo-mavilər” 5 futbolçu ilə danışıq apardığını açıqladı.

Söhbət Ozan Tufan, Denis Draqus, Con Lundstram, Borna Barişiç və Antoni Nvakaemenidən gedir. 

Klub sözügedən futbolçularla yaxın zamanda rəsmi müqavilə imzalayacaq.