"Qalatasaray" rəhbərliyi azad agent olan Mişi Batşuayi ilə şəxsi razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu "sarı-qırmızılılar"la 3 illik müqavilə bağlayacaq. Batşuayinin illik məvacibi 3 milyon avro civarında olacaq.
Qeyd edək ki, hücumçu ötən mövsüm "Fənərbağça"nın formasını geyinib.